DMX: Neft-qaz layihələrində işləyən azərbaycanlıların sayı 90 faizə yüksəldilib

DMX: Neft-qaz layihələrində işləyən azərbaycanlıların sayı 90 faizə yüksəldilib
20:27 22 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətində (DMX) neft-qaz layihələrində əcnəbi işçi heyətin milli kadrlarla əvəzlənməsi məsələləri ilə bağlı görülən işlər müzakirə edilib.
DMX-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, milliləşdirmə siyasəti ilə bağlı əldə olunan nəticələrə dair BP və Azərbayccan Dövlət Neft Şirkəti (SOCAR) nümayəndələrinin təqdimatla çıxış etdiyi görüşdə bu sahədə əldə olunan uğurlar diqqətə çatdırılıb.
DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən DMX əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Dövlət Miqrasiya Xidməti milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi işçilərin cəlb olunması mexanizminin yaradılmasına dair müvafiq tədbirlər görür".
F.Nəbiyev diqqətə çatdırıb ki, daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nagörə işəgötürənlər hər il mayın 1-dək Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim etməlidirlər.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun, BP Azərbaycan şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzovanın və xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin iştirak etdiyi görüşdə vurğulanıb ki, neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə artıq bir neçə ildir ki, DMX tərəfindən ciddi nəzarət olunur. Çünki “BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol”da bu sahəyə nəzarətin gücləndirilməsi prioritet olaraq müəyyən olunub. 2014-2018-ci illəri əhatə edən plana uyğun olaraq, milliləşdirmə siyasəti nəticəsində neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayının 78 faizdən 90 faizədək yüksəldilməsinə nail olunub. 2018-ci ilə bu sahədə milli kadrların 95 faiz təşkil etməsi hədəf olaraq müəyyənləşdirilib.
Xidmət rəisi qanunvericilik çərçivəsində BP şirkətinə mümkün dəstəyin verildiyini və gələcəkdə bu şirkətdə çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması işinin illik plana uyğun olaraq davam etdirilməsinə dair prosesə bundan sonra da diqqət ayırılmasınınzəruriliyini qeyd edib. F.Nəbiyev deyib ki, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, işgüzar təmaslar yaranan texniki problemlərin birgə həllinə öz töhfəsini verməkdədir.
Qeyd edək ki, 2013-cü il noyabrın 14-də Dövlət Miqrasiya Xidmətinin (DMX) iştirakı ilə imzalanmış “BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol”a əsasən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi qərara alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/neft-qaz-layihelerinde-isleyen-azerbaycanlilarin-sayi-90-faize-yukseldilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR