Sabah paytaxtın bəzi rayonlarında qaz olmayacaq

Sabah paytaxtın bəzi rayonlarında qaz olmayacaq
20:44 22 İyun 2017
27 Digər
Ölkə mətbuatı
A- A+

Bakının üç rayonunun qaz təchizatında məhdudiyyət olacaq.  “Azəriqaz” İB-nin ictimaiyyətlə  əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz xətti üzərindəki qaz tənzimləyicinin əvəzlənməsi, yeni çəkimiş 200 mm-lik polietilen qaz xəttinin mövcud qaz xəttinə qoşulması və qaz sızmalarının ləğv olunması ilə əlaqədar iyunun 23-də saat  09.00-dan  işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görülən işlər zamanı Yasamal, Sabunçu və Binəqədi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Aparılan işlərin Abşeron rayonunun  Çiçək və Müşviqabad qəsəbəsi, həmçinin Xırdalan şəhərinin  bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. 

 

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR