Şimal regionunun ilk qadın nağaraçısı - VİDEO - FOTO

Şimal regionunun ilk qadın nağaraçısı - VİDEO - FOTO
20:52 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Gülsüm Məmmədova şimal regionunda yeganə qadın nağara ifaçısıdır.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, o, bu alətin digərlərindən çətinliyi ilə seçildiyini bildirir.

Hələ 12 yaşında səhnəyə çıxan Gülsüm müəllim kimi bu günə qədər 500-dən çox tələbə yetişdirib.

Gülsüm Məmmədova - Nağara ifaçısı: "O vaxt mənim nağaram yox idi. Qazan arxasında, harada olsa nağara ifa eləməyə çox maraq göstərirdim. Elə-elə vaxt gəldi keçdi mən öyrəndim. 6-cı sinifdən oxuyandan səhnədə çıxış edirdim. 1979-1980-ci illərdə "Sevinc" qızlar ansamblında mən nağara ifa edirdim".

Xanım ifaçı sənətini təkmilləşdirdikdən sonra bir çox ölkələrə dəvət alıb. Xarici ölkələrdə çıxış edərək nailiyyətlər qazanıb.

Gülsüm Məmmədova - Nağara ifaçısı: "Qazaxıstanda, Moskvada olmuşuq. Dünya miqyasında konsert gedirdi. Biz də Qubadan getmişdik. Orada da ansambl ilə çıxış etmişəm. Uşaq ansamblı ilə yox, xalq çalğı alətləri ansablında".

İfaçı Quba ilə yanaşı şimal regionun bir çox yerində el şənliklərinə də dəvət alır. Gülsüm Məmmədova son zamanlar nağara ifaçılığına marağın artığını deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Xaçmazda yaşayan regionun ilk qadın nağaraçısı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR