Çexiyada istilər səbəbindən iş saatları azaldılıb

Çexiyada istilər səbəbindən iş saatları azaldılıb
20:55 22 İyun 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çexiyada son günlər müşahidə olunan istilərlə əlaqədar əksər nazirlik və idarələrdə, eləcə də firmalarda iş saatları azaldılıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin sənaye və ticarət naziri Frantişek Kotrba deyib.

Onun sözlərinə görə, bir sıra şəxslər, xüsusilə də yaşlı əməkdaşlar belə şəraitdə işləməkdə çətinlik çəkirlər, tez-tez həkimə müraciət etməli olurlar. Bu səbəbdən qurum rəhbərləri, xüsusilə də kondisioner sistemi olmayan müəssisələr əməkdaşlarını iş vaxtından 2-3 saat tez buraxmaq üçün nazirliyə müraciət ediblər.

Qeyd edək ki, ötən həftənin sonundan etibarən Çexiyada havanın temperaturu 33-35 dərəcəyə yüksəlib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR