Çexiyada iş saatları azaldıldı

Çexiyada iş saatları azaldıldı
21:05 22 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Çexiyada son günlər müşahidə olunan istilərlə əlaqədar əksər nazirlik və idarələrdə, eləcə də firmalarda iş saatları azaldılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin sənaye və ticarət naziri Frantişek Kotrba deyib.

Onun sözlərinə görə, bir sıra şəxslər, xüsusilə də yaşlı əməkdaşlar belə şəraitdə işləməkdə çətinlik çəkirlər, tez-tez həkimə müraciət etməli olurlar. Bu səbəbdən qurum rəhbərləri, xüsusilə də kondisioner sistemi olmayan müəssisələr əməkdaşlarını iş vaxtından 2-3 saat tez buraxmaq üçün nazirliyə müraciət ediblər.

Qeyd edək ki, ötən həftənin sonundan etibarən Çexiyada havanın temperaturu 33-35 dərəcəyə yüksəlib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR