Evlənməkdən imtina edən ofisiant qızı kafedə qanına qəltan etdilər

Evlənməkdən imtina edən ofisiant qızı kafedə qanına qəltan etdilər
21:27 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Moskva kafelərinin birində ofisiant qızı iş yerində öldürüblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə məlumat iyunun 22-də Rusiya İstintaq Komitəsinin saytında yerləşdirilib.

Cinayətkar Maşkov küçəsində müəssisəyə daxil olaraq qıza doqquzdan çox bıçaq zərbəsi endirib.

"İlkin məlumata görə, cinayətin motivi qızın oğlanla evlənməkdən imtina etməsi olub. Cütlük sosial şəbəkədə tanış olub", - idarədən bildiriblər.

Şübhəli şəxs saxlanılıb. Hazırda hadisə yerində müstəntiqlər işləyirlər. Faktla bağlı cinayət işi başlanılıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, həm hadisənin qurbanı, həm də şübhəli şəxs Qırğızıstan vətəndaşlarıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR