Əmlak alarkən diqqətli olun! - VİDEO

Əmlak alarkən diqqətli olun! - VİDEO
21:32 22 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Kiminsə aldığı əmlak öncədən cinayət yolu ilə əldə edilibsə heç bir şərt olmadan məhkəmə qərarı ilə müsadirə olunurdu. Ancaq cinayət məcəlləsinə edilən yeni dəyişiklik, əmlak alarkən onun hansı yolla edilməsindən xəbərsiz olan sahiblərin hüquqlarını qoruyacaq. Əmlak alandan sonra problem yaşamamaq üçün bu xəbəri diqqətlə izləyin.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, cinayət törədən şəxslərdən əmlak alan şəxslərin həmin mülkü məhkəmə qaydasında sonradan sorğu-sualsız müsadirə edilirdi. Ancaq qanuna edilən son dəyişikliklə həmin əmlakı cinayət törədən bir şəxsdən almasından xəbərsiz olması keçərli səbəb sayıla biləcək. Bununla da məhkəmədə vicdanlı mülk sahibinin mənafeyi nəzərə alınacaq.
Əmlak alan şəxsin onun hansı yolla əldə edilməsini necə müəyyən etməsi isə sual doğurur. Hüquqşünas Xəyal Bəşirov deyir ki, bunu müəyyən etmək o qədər də çətin deyil. Bunun üçün əmlak alan şəxsin rəsmi sənədləri diqqətlə nəzərdən keçirməsi kifayətdir.
Yəni, Dövlət Reyestr Xidmətindən çıxarışda əmlakın məhz satan şəxsin özünə məxsus olması müəyyən olunarsa onda həmin əmlakı əldə etmək olar. Belə olan halda sonradan həmin əmlakla bağlı heç bir hqüquq problem yarana bilməz və bu əmlak sahibinin vicdanlı sahib olmasını təmin edəcək. Buna görə ekspertlər əmlak alarkən onun dövlət reyestr xidmətindən çıxarışı olmasına xüsusi diqqət etməsini tövsiyyə edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Əmlak alarkən diqqətli olun!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR