Qonşularının evini qarət etdi - VİDEO

Qonşularının evini qarət etdi - VİDEO
21:37 22 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda polis qonşularının evinə qənim kəsilən şəxsi saxlayıb. Məlum olub ki, həmin şəxs qonşularının mənzillərindən velosiped və notbuk oğurlayıb. Abşeron polisi də qonşularının evini qarət edən şəxsi saxlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qonşularının velosipedini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bakı sakini Nadir Məmmədovu Səbail rayon 41-ci polis bölməsinin əməkdaşları saxlayıb. Adı çəkilən gənc Badamdar qəsəbəsində silsilə oğurluqlarda şübhəli bilinir.
O, iyunun 18-19-da rayon ərazisində 1 evdən, 1 mağazadan, 1 torpaq sahəsindən və 1 emalatxanadan müvafiq olaraq gümüş sırğa, noutbuk, xeyli sayda velosdiped, təmir-tikinti alətləri və məişət əşyaları oğurlayıb. Məlum olub ki, saxlanılan şəxs əsasən qonşularının evlərini qarət edib.
Faktlarla bağlı toplanan material Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.
Abşeron polisi də mənzillərdən oğurluq edən şəxsi saxlayıb. Xırdalan şəhərində yaşayan 4 nəfərin şikayətindən sonra polis Mehdiabad qəsəbə sakini 23 yaşlı Kamran İsmayılovu tutub.
Saxlanılan şəxs qəsəbədəki evləri təmir olunduğu üçün valideyinləri ilə Xırdalanda kirayə evdə qalıb. Elə həmin vaxtda o bir neçə qonşusunun evindən qızıl və pul oğurlayıb.
Faktla bağlı Kamran İsmayılov barəsində rayon polis idarəsində cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Qonşularının evini qarət etdi


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR