Ramazan ayının 28-ci gününün duası - İmsak və iftar vaxtları

23 iyun iftar vaxtı - Sabah Ramazan ayının iyirmi səkkizinci günüdür.

23 iyun imsak vaxtı - Metbuat.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 23-də Bakıda imsak saat 03:08-də, iftar isə 20:31-dədir.

Ramazan ayının 28-ci gününün duası:

"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".

Tərcüməsi:

"İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"

Allah orucunuzu qəbul etsin!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR