Hafiz Məmmədov Madrid derbisini izlədi

Hafiz Məmmədov Madrid derbisini izlədi
13:27 8 Yanvar 2015
188 İdman
Ölkə mətbuatı
A- A+

“Bakı” klubunun sahibi, iş adamı Hafiz Məmmədov İspaniya kubokunun 1/8 finalının "Atletiko”-“Real” matçını izləyib.
 
Milli.Az-ın sportpress.az-a istinadən yaydığı xəbərə görə, H.Məmmədov Visente Kalderon stadionunun VİP lojasından Madrid derbisinə baxıb. Daha sonra Hafiz Məmmədov “Atletiko” rəsmiləri ilə görüşüb.
İspaniya kubokunun 1/8 final mərhələsinin ilk oyununda “Atletiko” 2:0 hesablı qələbə qazanıb.
 
Qeyd edək ki, “Bakı” klubu ilə “Atletiko” arasında imzalanan müqaviləyə əsasən, Madrid təmsilçisi meydana üzərində “Azerbaijan. Land of Fire” yazılan formalarda çıxır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR