Goranboy sakini: "Satmağa 4 kilo marixuana gətirmişdim" - VİDEO

Goranboy sakini: "Satmağa 4 kilo marixuana gətirmişdim" - VİDEO
21:42 22 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Polis külli miqdarda narkotik maddəni çay kənarında satan şəxsi saxlayıb. Həmin vaxt onun çantasından 4 kiloqramdan çox qurudulmuş marixuana aşkar edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, külli miqdarda narkotik maddəni satmaq istəyən şəxs cinayət başında yaxalanıb.
Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Mingəçevir şəhəri ərazisində bir nəfərin narkotik vasitəni satacağı barədə əməliyyat məlumat daxil olub. Dərhal əməliyyat qrupu Kür çayının Mingəçevirdən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıb. Həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən ünvanda Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Tariyel Abdulkərimov şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib.
Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından külli miqdarda marixuana aşkar edilərək götürülüb.Ekspertiza həmin narkotik vasitənin ümumi çəkisi 4 kiloqram 600 qram qurudulmuş marixuana olması barədə rəy verib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Goranboy sakini:

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR