Əfqanıstanda partlayış törədilib: 31 ölü, 61 yaralı

Əfqanıstanın Helmand vilayətinin Leşkergah şəhərində yerləşən banklardan birinin önündə partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb.

Metbuat.az bildirir ki, insident nəticəsində 31 nəfər dünyasını dəyişib, 61 nəfər isə yaralıdır. Bu barədə şəhər icra hakimiyyətinin sözçüsü Ömər Zuvak məlumat verib. Yaralılardan əksəriyyətinin vəziyyəti ağırdır.

Qeyd edək ki, terror aktı dövlət məmurları və müəllimlər bank önündə maaşlarını almaq üçün sıra gözlədikləri zaman törədilib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR