Xərçəngdən qoruyur, xolesterolu aşağı salır... - Hər gün bir ovuc yeyin

Xərçəngdən qoruyur, xolesterolu aşağı salır... - Hər gün bir ovuc yeyin
22:37 22 İyun 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Görüntüsü və dadıyla iştah qabardan yay meyvəsi gilas min bir dərdə dərmandır. Təbii sakitləşdirici kimi digər meyvələrdən üstün olan gilas sinir sistemini də gücləndirir.

Milli.Az lent.az-a istinadən sizi yayın ən sevimli meyvələrindən olan gilasın faydaları ilə tanış edir.

- Gilas A, B və C vitamini, maqnezium və kalsium baxımından zəngindir. Tərkibindəki A vitamini ilə dərimizi gözəlləşdirir.
 
-  Uşaqlarda böyüməyə kömək olur. Qan damarlarının sağlamlığını qoruyur.
 
- Bədənimizi toksinlərdən təmizləyən gilas yüksək pektin və həll edilə bilən lif sayəsində xolesterolu aşağı salır.
 
- Fosforla zəngin gilas sinir sistemini gücləndirir.
 
 - Sakitləşdirmə xüsusiyyəti var.
 
 - Nizamlı gilas yedikdə yaddaşsızlığa qarşı yaxşı təsir edir.
 
 - Ehtiva etdiyi antioksidanlar sayəsində xərçəngə qarşı qoruyucudur.
 
 - Hər gün bir ovuc gilas yeyin.
 
 - Gilasda olan flavonoidlər oynaq xəstəliklərinə faydalıdır.
 
- Gut və revmatoid artrit kimi oynaq narahatlığı olanlar gilas yedikdə ağrıları azalar.
 
- Gilas saplaqları sidikqovucu xüsusiyyətə malikdir.
 
- Gilas yedikdə miqdarına diqqət etmək lazımdır. Xroniki narahatlıqları olanlar çox  yeməməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR