Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq
22:50 22 İyun 2017
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəliblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin sədri Donald Tusk məlumat verib.

"Razılığa gəldik. Aİ Minsk sazişini kifayət qədər yerinə yetirilməməsi səbəbindən Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadacaq", - Tusk öz "Twitter" hesabında yazıb.

Məlumata əsasən, rəsmi sanksiyalar Aİ-na üzv ölkələrin liderlərinin sammiti birdikdən bir neçə gün sonra uzadıla bilər.

Qeyd edək ki, sammit iyunun 23-də bitəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR