Goranboyda sel suları fəsadlar yaradıb

Goranboyda sel suları fəsadlar yaradıb
23:07 22 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy. 22 iyun. REPORT.AZ/ Son günlər respublikanın Qərb bölgəsinə yağan güclü leysan yağışları Goranboyda fəsadlara səbəb olub.
"Report"un Qərb bürosu xəbər verir ki, güclü yağışlar nəticəsində rayon ərazisində keçən Kürəkçayda suyun səviyyəsi artaraq daşıb.
Sel suları rayonun Nadirkənd və Qazancı kəndlərində ciddi fəsadlar yaranıb, əkin sahələrinə və təsərrüfata ciddi ziyan vurub. Kənd yollarında avtomobillərin hərəkətində də problemlər yaranıb. Bir neçə evin həyətyanı sahəsinə də sel suları dolub.
Hazırda təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərə başlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR