Uşaqlara əmzik vermək lazımdırmı?

Uşaqlara əmzik vermək lazımdırmı?
23:27 22 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Südəmər uşağın xarici mühitdən aldığı reflekslərdən biri onun sorma qabiliyyətinin formalaşmasıdır. Bu təlabatı ödəmək üçün isə anaların ən çox istifadə etdikləri şey uşağın ağzına əmzik qoymaqdır. Anaların fikrinə görə əmzik uşağı sakitləşdirmək üçün istifadə edilən ən yaxşı vasitədir. Uşaqlarının sakit yatması üçün əksər analar uşaqlarını həyatlarının ilk günlərindən əmziyə öyrədirlər. Uşaqların əksəriyyəti də boş əmziyi əmərək yatırlar.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, lakin bəzi tibb işçiləri uşaların əmzik əmməsini yaxşı hal hesab etmirlər. Bəzən elə uşaqlar olur ki, onlar əmziyə bərk bağlanırlar və bu uşaqları əmzikdən ayırmaq çox çətin olur. Bu isə uşağın əmzikdən psixoloji asılılığını göstəricisidir.
Əmzik əksər uşaqlarda psixoloji asılılıq yaradır, uşağın formalaşmaqda olan ağzının dadını dəyişir. Əmzikdən asılı olmaq isə uşağın nitq qabiliyyətini korlayır, onun nitqinin inkişafını ləngidir. Hətta gigiyenik əmzik adı altında satılan əmziklər belə uşağın ağız dadının formalaşmasına mənfi təsir edir. Uşağın yaşı artdıqca isə əmziyin təmiz saxlamaq daha da çətinləşir.
Əmziklər iki tərkibli olur: silikondan hazırlanan və lateksdən hazırlanan. Onları bir-birindən ayırmaq üçün rənglərinə baxmaq kifayətdir. Silikondan hazırlanan əmziklər ağ rəngli - rəngsiz olur. Rezindən (lateks) hazırlananlar isə sarı rəngdə olur. Əmziklər uşağın yaş ölçüsünə uyğun olaraq hazırlanır. Bir aydan dörd aya kimi uşaqlar üçün, dörd aydan on iki ayına kimi olan uşaqlar üçün hazırlanan əmziklər fərqli olur.
Əmziklər formalarına görə də bir-birindən fərqlənirlər. Lateksdən hazırlanan əmziklər daha yumuşaq olur və uzun müddət istifadəyə davamsız olur. Silikondan hazırlanan əmzikləri isə uzun müddət istifadə etmək mümkün olur, amma onlar uşaqlarda allergiyanın əmələ gəlməsinə səbəb ola bilir.
Mütəxəssislər gənc anaları əmzikdən uzaq durmağa səsləyirlər və əmzik aldıqları zaman isə diqqətli olmağa səsləyirlər. Əmzik aldıqdan sonra isə uşağın onu tutub-tutmamağına diqqət yetirmək lazımdır. Bunun üçün bir-neçə əmzik alıb onu uşaq üzərində yoxlamaq lazımdır. Əmzik seçərkən isə onun möhkəmliyinə əmin olmaq lazımdır. Çünki yumşaq əmzikləri uşaqlar dişləyə bilirlər, bu da faciə ilə nəticələnə bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR