Misirdə fövqəladə vəziyyət daha 3 ay uzadıldı

Misirdə fövqəladə vəziyyət daha 3 ay uzadıldı
23:52 22 İyun 2017
19 Dünya
Ölkə mətbuatı
A- A+

Misir hökuməti ölkə ərazisində fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Misirdə fövqəladə vəziyyət rejimi İsgəndəriyyə və Tanta kilsələrində baş verən partlayışlardan sonra ölkə prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən elan edilmişdir.

Qeyd edək ki, partlayışlar aprelin 9-u bir neçə saat fərqi ilə baş verib. Tanta kilsəsində partlayış nəticəsində 30 nəfər həlak olub, 80 nəfər yaxın insan yaralanıb, İsgəndəriyyə kilsəsində isə partlayış nəticəsində 4 polis əməkdaşı həlak olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR