Hacıqabulda “OKA” iribuynuzlu heyvanla toqquşub:

Hacıqabul rayonu ərazisində ağır xəsarətlə nəticələnən yol qəzası baş verib.

Tərtər rayonunun İsmayılbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Axundov Salman Yunus oğlunun idarə etdiyi “OKA” markalı 59 BD 451 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sürücünün 4 ailə üzvü yüngül xəsarət alıblar. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR