"Heydər" məscidində bayram namazı nə vaxt qılınacaq?

"Heydər" məscidində bayram namazı nə vaxt qılınacaq?
00:05 23 İyun 2017
205 Ölkə
Ölkə mətbuatı
A- A+

"Heydər" məscidində bayram namazı iyunun 26-da iki dəfə qılınacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə məscidin axundu Hacı Rüfət Qarayev məlumat verib.

Onun sözlərinə görə, əhli-sünnələr saat 08:00-da, əhli-şiələr isə saat 09:00-da bayram namazını qılacaqlar.

R.Qarayev namazların eyni vaxtda qılınmamasına da aydınlıq gətirib:

"Bayram namazının birgə qılınmasına çalışdıq. Amma bayram namazlarında müəyyən fərqlər olduğundan ibadətin ayrı-ayrı saatlarda yerinə yetirilməsinə qərar verildi. Bayram namazı günəş çıxandan zöhr namazına kimi olan aralıqda istənilən vaxt qılına bilər".

Qeyd edək ki, iyunun 25-də "Heydər" məscidində bayram gecəsi qeyd olunacaq. Saat 23:00-da başlayacaq tədbirdə "Quran" tilavət ediləcək, dular olunacaq, Ramazanla bağlı söhbətlər aparılacaq.

Xatırladaq ki, bayram namazları eyni zamanda iyunun 26-da səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində də qılınacaq.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin hər iki məsciddə bayram namazlarına qatılacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR