Məhkumlara pizza qonaqlığı

Məhkumlara pizza qonaqlığı
00:33 23 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Corcia əyalətindəki bir həbsxanada huşunu itirən nəzarətçiyə ürək masajı edən məhkum onu həyata qaytarmağı bacarıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məzarlıqda işləməyə aparılan məhkumlar nəzarətçinin infarkt keçirməsindən şübhələnib və dərhal polisə xəbər veriblər.

Nəzarətçinin həyatını xilas edən məhkum Qreq Vilyams “bir hadisə baş verdiyində kimin həbsdə olduğu, kimin olmadığı məsələ olmur. Huşunu itirən bir adam var idi və biz ona yardım etməli idik” açıqlamasını verib.Məhkumun etdiyi yaxşılıq qarşılıqsız qalmayıb və onun cəzası dörddə birə endirilib.

Hadisədən bir gün sonra nəzarətçinin ailəsi bütün məhkumlara pizza və keks qonaqlığı verib.

Qeyd edək ki, yaxın günlərdə həmin həbsxanadakı iki məhkum başqa bir həbsxanaya köçürülərkən onlara nəzarət edən gözətçini öldürüb qaçmışdılar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/cinayetdunyasi/203642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR