Bakıda 4 otaqlı evdə yanğın baş verib

Bakıda yanğın hadisəsi qeydə alınıb.

FHN-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan ikimərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd “Samsung” markalı kondisioner yanıb. Ev yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR