"İqtisadiyyatda kasıb insanları görmək istəmirəm" -

ABŞ prezidenti Donald Tramp iqtisadiyyatın idarə edilməsi prosesində kasıb insanlara şans vermək istəmədəyini deyib.

Metbuat.az-ın məlumatına görə, Tramp Ayova ştatının Sidar-Rapids şəhərindəki tədbir zamanı, kabinetində milyarderlərə yer ayırmasına dair ona ünvanlanan sualı belə cavablandırıb:

"İstədiyimiz budur. Kasıb və ya varlı - bütün insanları sevirəm. Ancaq xüsusilə də iqtisadiyyat sahəsindəki postlarda kasıb insanları görmək istəmirəm. Bu, sizə də məntiqli gəlmirmi? Əgər israr etsəniz, dəyişiklik edə bilərəm, ancaq düzü, beləsini daha çox xoşlayıram",


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR