Qarmon müəllimi marixuana satarkən saxlanıldı

Qarmon müəllimi marixuana satarkən saxlanıldı
01:13 23 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsəndə narkotik maddə satmaq istəyən yerli sakin saxlanılıb.

Publika.az xəbər verir ki, 1967-ci il təvəllüdlü yerli sakin Fikərt Cəlil oğlu Bəhramovun üzərində 5 büküm narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Aparılan istintaq zamanı məlum olub ki, F.Bəhramov üzərindəki marixuananı həmyerlisi, 1971-ci il təvəllüdlü Daşqın Əliyevə satmaq istəyib. Hər iki şəxs rayon polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

F.Bəhramov Daşkəsən rayon Qara Qarayev adına Uşaq Musiqi məktəbinin qarmon müəllimidir. Onun marixuananı hardan və necə əldə etdiyi, hələlik məlum deyil.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR