Bakıda mənzilə basqın: 1 nəfər öldürülüb, 2 nəfər yaralanıb

Bakıda mənzilə basqın: 1 nəfər öldürülüb, 2 nəfər yaralanıb
03:14 23 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bir qrup şəxs mənzilə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfəri yaralayıb.  

 

APA-nın xəbərinə görə, insident paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının əvəllər münasibətdə olduğu Kənan adlı şəxs 4 nəfərlə birlikdə həmin evə gəlib. Kənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

 

Dostlarının köməyi ilə Kənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetiriblər.    

 

Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq,  Mahirə Əliyeva xəstəxanada keçinib.

 

Faktla bağlı polis əməliyyat-axtarış tədbirləri həyata keçirir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR