Polşaya məxsus hərbi vertolyot İtaliyada qəzaya uğrayıb

Polşaya məxsus hərbi vertolyot İtaliyada qəzaya uğrayıb
04:07 23 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Polşa Silahlı Qüvvələrinin İtaliyanın şimal-şərqində keçirilən hərbi təlimlərdə iştirak edən vertolyotu cümə axşamı Paduya əyalətinin Massandzaqo şəhərciyi yaxınlığında qəzaya uğrayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "TGcom24" telekanalı məlumat yayıb.
Məlumata görə, göyərtəsində 5 Polşa və 1 Fransa hərbçisi olan vertolyot Rivolto hərbi aerodromundan havaya qalxıb və digər helikopterlərlə birgə təlim uçuşunda iştirak edib. Birdən helikopterin turbinini alov bürüyüb və pilot yerli fermer təsərrüfatlarından birinin ərazisinə təcili eniş etmək məcburiyyətində qalıb.
Şahidlərin sözlərinə görə, qəza enişi anında göyərtədə güclü yanğın baş verib. Bununla belə, vertolyotda olan hərbçilərin heç biri ciddi xəsarət almayıb, pilota təcili tibbi yardım göstərilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR