Şimali Koreya yenə raket buraxdı

Şimali Koreya yenə raket buraxdı
04:23 23 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya qitələrarası ballistik raket üçün yeni mühərriki sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bu barədə “Fox News”a ABŞ kəşfiyyat qurumlarından bildirilib.

Məlumata görə, raket buraxılışı iyunun 21-də həyata keçirilib. Təfərrüatlar hələlik açıqlanmır.

Cənubi Koreyanın prezidenti Mun Çje İn bundan əvvəl Şimali Koreyanın yaxın gələcəkdə ABŞ ərazisində hədəfləri vura biləcək qitələrarası ballistik raketlərin texnologiyasının mənimsəyəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Qeyd edək ki, BMT iyunun əvvəlində mütəmadi raket buraxılışları ilə bağlı Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR