Ulduz futbolçuya 8 oyunluq cəza

Ulduz futbolçuya 8 oyunluq cəza
05:24 23 İyun 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Karyerasını Çində davam etdirən Oskar ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, Çin Super Liqasının XIII tur matçındakı qeyri-etik hərəkəti ona baha başa gəlib.

 

Belə ki, “Şanxay SİPG”in formasını geyinən Braziliya millisinin üzvü “Quançjou Fuli” ilə qarşılaşmada insidentin yaranmasına səbəb olub. Matçın gedişində əsəblərinə hakim ola bilməyən 26 yaşlı yarımmüdafiəçi epizodların birində hakimin fitindən sonra topu qəsdən rəqibin iki oyunçusunun üstünə vurub. Nəticədə rəqib komanda üzvləri onun üzərinə şığıyıblar və futbolçunu yerə səriblər.

 

Çin Futbol Federasiyası ciddi qalmaqal yaratmaqda günahlandırılan Oskarı 8 oyunluq diskvalifikasiya edib. Həmçinin klubu 5000 dollar məbləğində cərimələnib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR