Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb

Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb
07:15 23 İyun 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı daha bir nəfər həlak olub.

Trend-in məlumatına görə, ölən şəxs 22 yaşlı gənc David Vallenilla olduğu və onun odlu silahla vurulduğu bildirilir. Gənc xəstəxanaya çatdırılsada, əməliyyat zamanı dünyasını dəyişib.

Beləliklə, Venesuelada son 3 ay ərzində etiraz aksiyaları zamanı ölənlərin sayı 75 nəfərə çatıb.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR