Bu gün Formula 1 üzrə Azərbaycan Qran Prisi start görürəcək

Bu gün Formula 1 üzrə Azərbaycan Qran Prisi start görürəcək
07:32 23 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Formula 1 üzrə Azərbaycan Qran Prisi start görürəcək. “Report”un məlumatına görə, Bakıda ardıcıl ikinci il təşkil olunacaq nüfuzlu yarışın əsas hissəsi iyunun 25-də olacaq.
Formula 1-in cədvəlinə əsasən, bu gün saat 13:00 və 17:00-da iki sərbəst yürüş keçiriləcək. Sonuncu sərbəst yürüş isə iyun 24-də, sıralama turundan 3 saat əvvəl – 14:00-da başlayacaq.
İyunun 25-də saat 15:30-da pilotların paradı olacaq. Açılış mərasimi isə 45 dəqiqə sonra start götürəcək. Saat 16:15-də dövlət himni səslənəcək. Və nəhayət, 17:00-da Qran Pirinin həlledici mərhələsi başlayacaq. Yarışda iştirak edən 10 komanda - "Mercedes" (Luis Hemilton və Valterri Bottas), "Red Bull" (Daniel Rikkardo və Maks Ferstappen), "Ferrari" (Sebastyan Fettel və Kimi Raykkonen), "Force İndia" (Serxio Peres və Esteban Okon), "Willams" (Felipe Massa və Lens Stroll), "McLaren Honda" (Fernando Alonso və Stoffel Vandorn), Toro Rosso (Daniel Kvyat və Karlos Sayns), "Haas" (Roman Qrojan və Kevin Maqnussen), "Renault" (Niko Hülkenberq və Colion Palmer) və "Sauber"in (Markus Eriksson və Paskal Verlyayn) ümumilkdə 20 üzvü hökümət meydanından başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.
Qeyd edək ki, Formula 1 üzrə 2017-ci il mövsümünə martın 26-da Avstraliya Qran Prisi ilə start verilib. Artıq yarışın 7 mərhələsi geridə qalıb. “Mersedes AMG” və komandanın sürücüsü Luis Hemilton hələlik liderdir.
Tarix Qran Pri Trek Uzunluq Dövrə Məsafə Qalib Komanda 26/03 Avstraliya Albert-Park 5303 м 57 302.271 S.Fettel Ferrari 09/04 Çin Şanxay 5451 м 56 305,066 L.Hemilton Mercedes AMG 16/04 Bəhreyn Sahir 5412 м 57 308,238 S.Fettel Ferrari 30/04 Rusiya Soçi 5848 м 52 303,897 V.Bottas Mercedes AMG 14/05 İspaniya Barselona 4655 м 66 307,104 L.Hemilton Mercedes AMG 28/05 Monako Monte-Karlo 3337 м 78 260,286 S.Fettel Ferrari 11/06 Kanada Monreal 4361 м 70 305,270 L.Hemilton Mercedes AMG 25/06 Azərbaycan Bakı 6003 м 51 306,049 - - 09/07 Avstriya Red Bull Rinq 4326 м 71 307,020 - - 16/07 Böyük Britaniya Silverstoun 5891 м 52 306,198 - - 30/07 Macarıstan Hunqarorinq 4381 м 70 306,630 - - 27/08 Belçika Spa 7004 м 44 308,052 - - 03/09 İtaliya Montsa 5793 м 53 306,720 - - 17/09 Sinqapur Marina-Bey 5065 м 61 308,828 - - 01/10 Malayziya Sepanq 5543 м 56 310,408 - - 08/10 Yaponiya Suzuka 5807 м 53 307,741 - - 22/10 ABŞ Ostin 5513 м 56 308,896 - - 29/10 Meksika Mexiko 4304 м 71 305,354 - - 12/11 Braziliya San-Paulu 4309 м 71 305,939 - - 26/11 Abu-Dabi Yas-Marina 5554 м 55 305,355 - -




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR