İnzagi Albaniya millisini çalışdıra bilər

İnzagi Albaniya millisini çalışdıra bilər
07:42 23 İyun 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Milan" komandasının sabiq futbolçusu və baş məşqçisi Filippo İnzagi Albaniya millisini çalışdıra bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə Albaniya Futbol Federasiyasının rəsmiləri danışıqlara başlayb.

Ötən həftə Albaniya yığmasının hazırkı baş məşqçisi Canni De Byazi oktyabrda 2011-ci ildən tutduğu postdan gedəcəyini açıqlayıb. Yığma onun rəhbərliyi altında 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb və qrupu 3-cü pillədə başa vurub.

Qeyd edək ki, 2014/2015 mövsümündə "Milan"a rəhbərlik etmiş Filippo İnzagi 2016-cı ildən "Venesiya"nın baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv yeni mövsümdən İtaliya B seriyasında oynayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR