Bakka "Milan" karyerasına davam edəcək

Bakka "Milan" karyerasına davam edəcək
08:12 23 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

"Milan"ın hücumçusu Karlos Bakka gələcək planları barədə mətbuata açıqlama verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, kolumbiyalı futbolçu transfer söz-söhbətləri barədə bunları deyib:

"Mənim klubla müqaviləm 3 il sonra başa çatır. Burda xoşbəxtəm və getməyə hazırlaşmıram. Transfer pəncərəsi açılanda rahat olacam. İyulun 5-i komandamla hazırlığa başlayacam. Ötən mövsüm mənim üçün yaxşı keçmədi. Amma bu, məni daha səylə işləməyə ruhlandırır".

Bir müddət öncə mediada yayılan xəbərlərdə Bakkanın sabiq klubu "Sevilya"ya qayıtmaq istədiyi deyilirdi. Ötən mövsüm A Seriyasında 32 oyuna çıxan Bakka 13 qol vurmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR