"Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb"

"Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb"
08:27 23 İyun 2017
34 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ vitse-prezidenti Mayk Pens deyib.

Onun sözlərinə görə, Şimali Koreya Asiya-Sakit Okean regionunda təhlükəsizliyə əsas təhdiddir.

M.Pens qeyd edib ki, prezident Donald Trampın rəhbərliyi alrında "ABŞ Şimali Koreyaya iqtisadi və diplomatik təzyiqləri artırmaq üçün regionda olan müttəfiqləri və Çin ilə işləməyə davam edəcəklər".

O, əlavə edib ki: "Biz bunu Şimali Koreya öz nüvə və ballistik proqramlarından birdəfəlik imtina etməyənə qədər edəcəyik".

Qeyd edək ki, cümə axşamı ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı sanksiyaların uzadılması barədə Konqresə xəbərdarlıq edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR