Millimiz Albaniya ilə qarşılaşacaq

Millimiz Albaniya ilə qarşılaşacaq
09:27 23 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün kişi voleybolçular arasında Avropa Liqasında II dövrənin oyunlarına start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin yer aldığı A qrupunun son 3 matçına Albaniya ev sahibliyi edəcək.

Tiranada baş tutacaq qarşılaşmalarda Fərid Cəlalovun yetirmələrini şansı yüksək qiymətləndirilmir. Çünki Makedoniyada təşkil olunan dövrədə komandamız qələbə qazanmadığından onların mərhələ adlaması heç də asan olmayacaq.

Belə ki, reqlamentə əsasan ilk 2 pillənin sahibi yarımfinala yüksələcək. Bunun üçün isə yığmamız bütün oyunlarda 3 xallıq qələbə qazanmalı, digər oyunların əksəriyyətində tay-brekin olmasını arzulamalıdı.
 
Təmsilçimiz Albaniyada ilk oyununu ev sahiblərinə qarşı keçirəcək. İlk görüşdə rəqibindən 1 set alan millimiz bu dəfə məğlubiyyətini sığortalaya bilər.
 
Avropa Liqası
II dövrə
IV tur
23 iyun
 
17:00. İsveç - Makedoniya
Hakimlər: Yevgeni Makşanov (Rusiya), Tibor Halaş (Macarıstan)
 
20:00. Albaniya - Azərbaycan
Hakimlər: Mixail Koutsoulas (Yunanıstan), Mamdou Bakloutini (Fransa)
 
Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

N

Ölkə

O

Q

M

S

T

X

1

Makedoniya

3

3

0

9-1

249-196

9

2

Albaniya

3

2

1

6-6

255-260

5

3

İsveç

3

1

2

6:8

293-298

3

4

Azərbaycan

3

0

3

3-9

232-275

1

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR