Play Store

“Qarabağ FK"nın planı və vətənə dönüş tarixi bəlli oldu

“Qarabağ FK"nın planı və vətənə dönüş tarixi bəlli oldu
09:32 23 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın vətənə dönəcəyi tarix dəqiqləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çempionumuz iyulun 3-də paytaxta qayıdacaq.

Həmin tarixə qədər iki sınaq matçına çıxacağı əvvəlcədən bilinən komanda daha bir oyun keçirmək istəyir. Qurban Qurbanov iyunun 24-də MOİK (Sofiya, Bolqarıstan) və bundan 4 gün sonra "Dinamo" (Moskva) ilə qarşılaşmalardan əlavə hazırlığın son günündə, iyulun 2-də də bir matç keçirməyi planlaşdırır.
 
Ancaq hələlik heç bir komanda ilə razılıq əldə olunmadığından bu istəyin reallaşıb-reallaşmayacağı sual altındadı.
 
Qeyd edək ki, "Qarabağ" Avstriyada keçirdiyi ilk yoxlama oyununda Rusiya Premyer Liqa təmsilçisi "Axmat"a 0:1 hesabı ilə məğlub olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR