Play Store

Azərbaycanlı müğənni Türkan Şorayın bacısı ilə bir layihədə

Azərbaycanlı müğənni Türkan Şorayın bacısı ilə bir layihədə
09:49 23 İyun 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

 

Türkiyənin qocaman sənətkarı, aktrisa və müğənni kimi öz sözünü demiş Nazan Şoray azərbaycanlı müğənni Aytac Vidadiqızı haqda açıqlama edib.

 

Lent.az-ın məlumatına görə, Nazan Şoray sosial şəbəkədəki hesabında videopaylaşım edərək, bunları deyib:

 

"Aytac Vidadiqızı ilə yeni layihələrdə Türkiyədə görüşəcəyik".

 

Türkan Şorayın  doğma bacısı olan Nazan layihə haqda başqa heç bir əlavə məlumat verməyib.

 

Lent.az məsələ ilə bağlı Aytac Vidadiqızı ilə əlaqə saxlayıb. O, sənətini Azərbaycanla yanaşı, Türkiyədə də davam etdirəcəyini bildirib:

 

"Azərbaycanla yanaşı, Türkiyədə də layihələrə imza atıram. Bu həm məsuliyyətli, həm də ciddi işdir. Türkiyədə bütün işlərimə həyat yoldaşım Canberk rəhbərlik edir. Onun Türkiyədə güclü əlaqələri var. Qardaş ölkədə nəinki təkcə ifaçı kimi, həm də bəstəkar kimi çalışacağam. Bir neçə musiqi şirkətindən təklif gəlsə də, hələ heç biri ilə müqaviləyə imzalamamışam. Nazan Şorayın dedikləri isə sürprizdir. Mən uşaqlıqdan Türkan və Nazan xanımı çox sevmişəm. Hamımızın uşaqlığı bu bacıların filmlərini izləməklə keçib. Düzü, ağlıma da gəlməzdi ki, nə vaxtsa Şoray imzalı bir layihəyə imza atacağam. Bircə onu deyim ki, gözləməyə dəyər".

 

Qeyd edək ki, Aytac Vidadiqızı türkiyəli iş adamı ilə ailəlidir. Cütlüyün birgə nikahdan Bəstə adlı qız övladı var.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR