"BMT Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi səylərini dəstəkləməyə hazırdır"

"BMT Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi səylərini dəstəkləməyə hazırdır"
09:52 23 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

BMT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin son pozulması ilə əlaqədar ATƏT-in Minsk qrupunun narahatlıqlarını bölüşür.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterrişin bəyanatında deyilir.

"Biz onların (ATƏT-in Minsk qrupunun həmsədrlərinin - red.) tərəfləri növbəti gərginlikdən yayınmağa və gərginliyi azaldacaq tədbirləri nəzərdən keçirməyə dair çağırışını təkrar edirik. Biz həmçinin həmsədrlərin tərəfləri substantiv, xoş niyyətli və siyasi iradə nümayişi ilə danışıqlara səsləyən fikrinə qoşuluruq. Birləşmiş Millətlər Təşkilatı lazım olarsa, belə səyləri dəstəkləməyə hazırdır", - BMT baş katibinin bəyanatında bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/556936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR