Play Store

Azərbaycanda kredit kartları üzrə əməliyyatlar azalıb

Azərbaycanda kredit kartları üzrə əməliyyatlar azalıb
09:57 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanda bu ilin aprel ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi əvvəlki aya nisbətən 6,7% azalaraq 125 mln. manat təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Beləliklə, apreldə bank kartları ilə aparılan ümumi əməliyyatların 11,3%-i kredit kartları ilə aparılan əməliyyatların payına düşüb. Hesabata əsasən, kartlarla əməliyyatların həcmində kredit kartlarının xüsusi çəkisi əvvəlki ayla müqayisədə 1 faiz bəndi artıb.
Cari il mayın 1-nə dövriyyədə olan kredit kartlarının sayı 647 min təşkil edib ki, bu da dövriyyədəki cəmi kartların 11,7%-i deməkdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-kredit-kartlari-uzre-emeliyyatlar-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR