Məşhur klubun 7 futbolçusundan dopinq tapılıb

Məşhur klubun 7 futbolçusundan dopinq tapılıb
10:02 23 İyun 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Argentinanın “River Pleyt” komandasının 7 futbolçusunun dopinq-testi müsbət nəticə verib. “Report”un “Cronica” telekanalına istinadən verdiyi məlumata görə, bunlar - müdafiəçilər Lukas Martines və Conatan Maydana, yarımmüdafiəçilər Kamilo Mayda, Leonardo Pontsio və İqnasio Fernandes, hücumçular Sebastyan Driussi və Lukas Alariodur. 
Oyunçulardan götürülmüş nümunələrdə qadağan olunmuş hidroxlortiazid maddəsi aşkarlanıb. 3 futbolçunun belə maddədən yararlandığı təsdiqlənib, qalanları üçün isə hələ təsdiq cavabı gəlməyib. 
Qeyd edək ki, “River Pleyt” 36 qat Argentina çempionu və Libertadores Kubokunun 3 qat qalibidir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/meshur-klubun-7-futbolcusundan-dopinq-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR