Masallı sakini heyvanları güllələdi

Masallı sakini  heyvanları güllələdi
10:12 23 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı sakini əkin sahəsinə girən heyvanları odlu silahla vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Kolatan kəndində yaşayan 1958-ci il təvəllüdlü Allahşükür Yaqub oğlu Məmmədovun noxud tarlasına iribuynuzlu heyvanlar girib. Tarla sahibi özünə məxsus tüfənglə heyvanlara atəş açıb. Nəticədə 4 iribuynuzlu heyvan yaralanıb.
 
Hadisə ilə bağlı 102 xidmətinə məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gəlib.
 
Fakt araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR