Bakı sakini 4 ailə üzvünü bıçaqlayıb

13:32 8 Yanvar 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 13:28 ]


Bakı. Hafiz Heydərov - APA. Bakı sakini ailə üzvlərini bıçaqlayıb.

 

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Yaşar Əzimov yaşadığı evdə bacısı, 1972-ci il təvəllüdlü İzzətxanım Novruzovaya, onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Yaşar Novruzova, övladları - 1999-cu il təvəllüdlü Faiqə və 2002-ci il təvəllüdlü Rəşada bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən Y.Əzimov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR