Avropa İttifaqı Qarabağ münaqişəsi tərəflərini atəşkəsə əməl etməyə çağırıb

Avropa İttifaqı Qarabağ münaqişəsi tərəflərini atəşkəsə əməl etməyə çağırıb
10:17 23 İyun 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ “Avropa İttifaqı gərginliyin azaldılmasını, dözümlülüyə fəaliyyətdə və sözdə əməl edilməsini gözləyir”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Xarici siyasət xidmətinin mətbuat katibi Maya Kosyançiç son günlər təmas xəttində ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində yaranan gərginliyə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli və atəşkəs rejiminə əməl edilməsi ilə bağlı dəfələrlə bəyanat veriblər: “Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini tamamilə dəstəkləyir, onların iyunun 19-da münaqişə bölgəsində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması çağırışına, eləcə də mövcud danışıqlara məsuliyyət və siyasi iradə ilə yenidən qoşulur”. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/avropa-i-ttifaqi-qarabag-munaqisesi-tereflerini-ateskese-emel-etmeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR