Play Store

İrəvanın qorxduğu Qarabağ planı İŞƏ DÜŞDÜ: Tramp geri addım atdı, Putin isə Bakı ilə...

İrəvanın qorxduğu Qarabağ planı İŞƏ DÜŞDÜ: Tramp geri addım atdı, Putin isə Bakı ilə...
10:28 23 İyun 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış gərginlikdən narahatlığını dilə gətirdi. Bəyanatda bildirilir ki, sülh danışıqlarının alternativi yoxdur və münaqişənin nizama salınması Helsinki Yekun Aktı çərçivəsində ola bilər: güc tətbiq etməmək, ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyin etmə.

Dövət Departamentinin bu bəyanatı sıradan sözlərdir. Amerika həmsədr ölkəsi olaraq, gərginliyin azalması haqda çağırış edir və bu çağırış birinci deyil və güman ki, münaqişə həll olunmadıqca, sonuncu da olmayacaq. Lakin Dövlət Departlamentinin bu bəyanatı Ermənistanda narahatlıq yaradıb. Səbəbi isə maraqlıdır.

Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Musa Mikaelyan bu bəyanat fonunda ABŞ və Çin arasında aparılan danışıqları xatırladıb. İlk baxışdan sual yaranır: Vaşinqton-Pekin danışıqları ilə Qarabağda yaranan gərginliyin nə əlaqəsi?

Erməni siyasi şərhçi yazır ki, ABŞ və Çin Şimali Koreyanın nüvə proqramı üzrə danışıqlar aparır: “Bu, onu göstərir ki, Tramp Administrasiyası üçün hazırda əsas prioritet Şimali Koreyadır. Hətta Vaşinqton bildirir ki, ehtiyac olacaqsa, hərbi müdaxilə yolunu da seçəcək. Çinlə aparılan danışıqların məqsədi də odur ki, Pekin hərbi müdaxilənin olmaması üçün təsir rıçaqlarından istifadə edərək, Pxenyanı fikrindən daşındırsın. Bu, o deməkdir ki, ABŞ üçün Dağlıq Qarabağ problemi prioritet deyil. Deməli, məsələ Rusiyanın təsiri altında qalacaq”.

M.Mikaelyan hesab edir ki, Rusiya Qarabağ məsələsində təsir gücünü saxladıqca, proseslər Ermənistanın əleyhinə işləyir.

“Bunun acı nəticəsi ilə qarşılaşmışıq. Rusiya Bakı-Moskva əməkdaşlığına Ermənistanın maraqlarından daha çox üstünlük verir”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/203678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR