"Qəbələ"nin sabiq baş məşqçisi İngiltərə klubunu alır

"Qəbələ"nin sabiq baş məşqçisi İngiltərə klubunu alır
10:32 23 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın da yer aldığı "Fulwell73" konsorsiumu İngiltərənin "Sanderlend" futbol klubunu əldə etmək üçün fəaliyyətini gücləndirib. "Report"un "Daily Star"a istinadən verdiyi məlumata görə, bu addım 3 nəfərin konsorsiumdan çıxmalarına rəğmən atılıb.
Adams "Çelsi"nin keçmiş icraçı direktoru Pol Smitlə birgə planı gerçəkləşdirməyə çalışırlar. Onlar həftəsonu tanınmış futbol məsləhətçisi Kit Harrislə görüşmək niyyətindədirlər. Harris "Çelsi", "Tottenhem", "Mançester Siti", "Fulhem", "Vest Hem" və "Everton" kimi klubların satışında müşahidəçi kimi iştirak edib.
"Sanderlend"in sahibi Ellis Şort Premyer Liqanı tərk edən klub üçün 80 milyon funt tələb edir. Anlaşma baş tutsa, "qara pişiklər"in yeni rəhbəri Alan Pardyu olacaq. Adams isə bu komandada baş məşqçi kimi çalışmaqda maraqlıdır.
Qeyd edək ki, Toni Adams "Qəbələ" ilə yanaşı, İngiltərənin "Uikomb" və "Portsmut", eləcə də İspaniyanın "Qranada" klublarının baş məşqçi postunda uğursuzluğa düçar olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-sabiq-bas-mesqcisi-i-ngiltere-klubunu-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR