'Günəşli” yatağında iki özül təmir olunur

'Günəşli” yatağında iki özül təmir olunur
10:42 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında “Günəşli” yatağındakı 3 və 11 saylı dərin dəniz özüllərində kompleks təmir işləri aparır.
“Report” SOCAR-a istinadən xəbər verir ki, özüllərin daha keyfiyyətli istismarını, eləcə də hasilatın stabilliyini təmin etmək məqsədi ilə görülən işlərin sifarişçisi şirkətin “Azneft” İstehsalat Birliyidir.
3 saylı özüldə təmir işləri artıq başa çatmaq üzrədir. İndiyədək özülüstü separator xətləri və texnoloji xətlər əsaslı təmir edilib, özülün I və II yarusunda döşəməaltı tirlər və döşəmə dəyişdirilib. Su səthindən 3 və 9 metrdən yuxarı hissələrdə elementlər yeniləri ilə əvəz olunub. Bundan əlavə, özüldə bir ədəd yeni gəmi yanalma meydançasının quraşdırılması nəzərdə tutulub. 11 saylı özüldə isə əsaslı təmir üzrə işlərin isə 50 faizindən çoxu görülüb, özülün I və II yarusunda döşəməaltı tirlər və döşəmələr dəyişdirilib. Özülün su səthindən 3 və 9 metrdən yuxarı hissələrində elementlərin dəyişdirilməsi işləri davam etdirilir. Obyektdə “NBO” tipli qurğunun gediş yolunun təmiri həyata keçiriləcək.
Tikinti-quraşdırma işləri zamanı təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün standartlara əməl olunur. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gunesli-yataginda-iki-ozul-temir-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR