Play Store

"SamsungWind-Free™ - Külək olmadıqca narahatçılığa səbəb yoxdur"

"SamsungWind-Free™ - Külək olmadıqca narahatçılığa səbəb yoxdur"
10:47 23 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Tezliklə bizi bürkü istilər gözləyir, çoxları üçün isə hətta indidən kondisioner mövsümü açıq elan olunub. Artıq uzun zamandır ki, kondisioner gündəlik həyatımızın bir hissəsi sayılır, amma çox zaman biz split sisteminin imkanları və funksiyalarına tabe oluruq. Bu, o deməkdir ki, otağın çox isti və ya soyuq olmasından asılı olaraq tez-tez temperaturu tənzimləməli oluruq və hətta çox sevdiyimiz divanın düz üzərinə vuran soyuq hava kütləsi səbəbindən ondan imtina etməli oluruq. Uşaqların temperatur dəyişikliyinə daha həssas olduğu üçün isə valideynlər uşaq otağında soyuq hava kütləsinin axınını və temperaturu tənzimləmək üçün tez-tez yuxusuz qalırlar.

"Nowind. Noworries" - "Külək olmadıqca narahatçılığa səbəb yoxdur" bunu Samsung-un rəsmi Youtube kanalında yeni "küləksiz" kondisionerlərə həsr olunmuş məzəli çarx bildirir.Yeni Samsung kondisionerləri innovativWind-Free™ texnologiyası əsasında işləyir. Bu texnologiya 2 mərhələli "2-Step Cooling" soyutma sistemini təmin edir, birinci növbədə otaqda olan hava

kütləsi FastCooling sürətli soyutma rejimində soyudulur, sonra kondisioner temperaturun qorunub saxlanması üçün avtomatik olaraq "küləksiz" Wind-Free işləmə rejiminə keçid alır. Wind-Free™ rejimindəsoyuq hava kütləsi 21000 mikroməsamələr vasitəsilə paylandığına görə, siz soyuq hava kütləsinin hərəkətini demək olar ki, hiss etmirsiniz. Beləliklə, otaqda iqlim balansı yaranır və siz rahat şəraitdən yararlana bilirsiz, belə ki, artıq soyuğun müəyyən yerlərdə cəmlənməsi, soyuq hava kütləsinin bir başa üstünüzə vurması və ayarları tez-tez dəyişdirmək kimi hallar yaşanmır. İnnovasiya yeni kondisionerlərin nəinki texnologiyasında, həmçinin, formasında da istifadə olunur. Unikal üçbucaq konstruksiya spilt sisteminin yerindən asılı olmayaraq, soyuq hava kütləsinin otağın bütün sahəsinə tam paylanmasına imkan yaradır. Genişlənmiş hava qəbuledicisi sayəsində kondisioner daha böyük həcmdə hava kütləsini soyuda bilir, hava püskürdücüsünün optimal eni və bucağı, o cümlədən əlavə v-formalı istiqamətləndiricilər və böyük ventilyatorun köməyi ilə isə yeni modellər soyuq hava kütləsinin otağın perimetr boyunca sürətli və effektiv paylanmasını təmin edir.

8-qütblü rəqəmsal invertorla təchiz olunmuş Samsung kondisionerlərinin yeni modelləri otaq sahəsini 43% daha tez soyudur və adi modellərdən 32% daha az enerji istifadəsini təmin edir.

Bu kondisionerlər lazımi temperaturu tez-tez yanıb-sönmədən uzun müddət saxlaya bilir və bununla yüklənmənin qarşısı alınır ki, bu da SamsungWind-Free™ kondisionerlərini daha səssiz, effektiv və uzunömürlü edir. İndiWi-Fimodulu sayəsində SmartHome əlavəsi vasitəsilə enerji sərfiyyatına öz smartfonunuzdan da nəzarət edə bilərsiniz. Bundan əlavə internet bağlantısı ilə split sisteminin söndürülmə/yandırılma, temperatur tənzimlənməsi kimi funksiyalarını da idarə etmək mümkündür. Gəzməyə gedərkən kondisioneri söndürməyi unutmusunuz? Fikir etməyin, indi harada olmağınızdan asılı olmayaraq kondisioneri birbaşa smartfonunuzdan söndürə bilərsiniz!

Yeni SamsungWind-Free™ kondisionerləri həmçinin sizin səhhətinizin qeydinə qalır. Havada olan xırda toz zərrəcikləri ağ ciyərlərinizə dola bilər, amma SamsungWind-Free™ kondisionerlərinin EasyFilterPlus filtrləri toz və allergenləri toplayaraq, havanın təmizliyini təmin edir. Filtr bütün havanı tam şəkildə filtrasiya edir, Virus Doctor texnologiyası isə havanı virus və bakteriyalardan 99% qədər təmizləyir. EasyFilterPlus-un təmizlənməsi də çox asandır. Filtrin yuxarıdan çöl tərəfdə rahat yerləşməsi sayəsində, kondisionerin qapağını açmadan, filtri asanlıqla çıxartmaq, təmizləmək və yerinə taxmaq mümkündür.

Samsung kondisionerləri haqda daha ətraflı məlumatı "BakuElectronics" mağazalar şəbəkəsindən ala bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR