Soğanı soyun, qabığını atmayın...

Soğanı istifadə etdikdən sonra qabıqlarını zibil qabına atırsınız?

Metbuat.az xəbər verir ki, soğan qabığındakı "Antioksidant" soğanın özündən çoxdur. Bu da bağırsaqlardakı toksinləri atmağa yardımçı olur. Bədənin pH dəyərini nizamlayır və xərçəng riskini azaldır. Bununla yanaşı, tərkibindəki “Kuersetin” sayəsində yüksək təzyiqi aşağı salır.

Soğan qabığından necə istifadə edək?

Soğan qabıqlarını soyub şüşə qaba yerləşdirin. Üzərinə qaynamış su əlavə edin və 10-15 dəqiqə dəmlənməsini gözləyin. Soğan qabıqlarını süzüb ilıq halda gündə bir stəkan için.

Soğan qabığının faydaları nələrdir?

Təbii antibiotikdir. Qan dövranını sürətləndirir. Xolestrolu aşağı salır. İmmunitet sistemini gücləndirir. Yaraların və yanıqların tez sağalmasına kömək edir.

Aysel Yaqubqızı / Metbuat.az

(Qırmızı soğanın möcüzələri: - Burun qanaması, qarın ağrısı, xərçəng...)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR