Formula-1 Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi - FOTO

Formula-1 Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi - FOTO
10:48 23 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

İyunun 22-də Formula-1 Azərbaycan Qran-Prisi öncəsi dördgünlük bilet sahibləri üçün pit-yolu gəzintisi təşkil olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, avtoidman yarışlarının həvəskarları, paytaxt sakinləri və şəhərimizin qonaqları pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını izləyiblər.

Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar.

Böyük coşqu ilə keçən pit-yolu gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.

Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi iyunun 23-25-də Bakıda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR