Play Store

Ordumuzun şərəfinə yeni medal təsis olunur - FOTO

Ordumuzun şərəfinə yeni medal təsis olunur - FOTO
10:49 23 İyun 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi şərəfinə xüsusi medal təsis olunur.
 
APA-nın məlumatına görə, bununla bağlı prezidentin təqdimatı ilə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr təklif edilib.
 
Layihəyə əsasən qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 30-da müzakirəyə çıxarılacaq. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR