Qazaxıstanın neft bazasında yanğın baş verib, bir nəfər həyatını itirib

Qazaxıstanın neft bazasında yanğın baş verib, bir nəfər həyatını itirib
10:52 23 İyun 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Qazaxıstanın “Şımkent munay onemderı” neft bazasında yanğın baş verib, ən azı bir nəfər ölüb. “Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə regional şöbəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 46 yaşlı operatorun cəsədi çənlərin yaxınlığında tapılıb. Qeyd edilir ki, 3 000 kubmetr həcmində benzin çəni yanır, yanğına yaxın ərazidə isə 9 çən var.
Yanğını söndürmək hələ mümkün olmayıb, hazırda ərazidə yangınsöndürən briqadalar işləyir, "tibbi yardım" maşınları növbə çəkir. Ərazi polis tərəfindən mühasirəyə alınıb.
Yanğının söndürülməsinə 120 nəfər şəxsi heyət, 28 ədəd texnika, helikopter və yanğın qatarı cəlb edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/qazaxistanin-neft-bazasinda-yangin-bas-verib-bir-nefer-heyatini-itirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR