Play Store

Bakı Ali Neft Məktəbində Silahlı Qüvvələr günü qeyd olunub

Bakı Ali Neft Məktəbində Silahlı Qüvvələr günü qeyd olunub
11:07 23 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 26 iyun – Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirilib.
Ali Məktəbdən "Report"a verilən məlumata görə, tədbirdə məktəbin rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbiri açan BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, milli ordumuz Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və xalqının azadlığını mətinliklə qoruyur.
BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev “Azərbaycan milli ordusunun yarandığı tarixi şərait və ordu quruculuğunda qarşıya çıxan çətinliklər (1918-1920)” adlı məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görülmüşdü və bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Silahlı Qüvvələrimizin keçdiyi şərəfli yol, ordunun hazırki döyüş qabiliyyəti haqqında hazırlanan sənədli film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/baki-ali-neft-mektebinde-silahli-quvveler-gunu-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR